• 16.03.2026 » 19:31

Şagirdlər təhsil üçün yeddi kilometr yol gedəcəklər?

Şagirdlər təhsil üçün yeddi kilometr yol gedəcəklər? © sabirabadxeber.az
Şrift ölçüsü:

Biləsuvarın Günəşli kəndində məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər yerli əhalinin narahatlığına səbəb olub. 4 minə yaxın insanın yaşadığı kəndin yeganə təhsil ocağı olan 9 illik məktəbdə hazırda 210 şagird təhsil alır.


"Sabirabadxəbər" xəbər verir ki, sakinlər bildirirlər ki, məktəbin fəaliyyətinin dayandırılması və ya başqa məktəblə birləşdirilməsi çətinliklərin yaranmasına səbəb olacaq.


"Şagirdlər başqa məktəbə getmək üçün 7 km yol qət etməlidirlər. Uşaqlar oraya necə gedib-gəlsinlər?!", "Başçı vətəndaşlara deyib ki, məktəb bağlanmalıdır", - deyə sakinlər narazılıqlarını ifadə ediblər.


Məsələ ilə bağlı kənd icra nümayəndəliyindən bildirilib ki, məktəb 9 illik olduğu üçün təhsil müəssisəsinin optimallaşdırılması və qonşu kənd məktəbi ilə birləşdirilməsi məsələsi 2024-cü ildə müzakirə olunub. Şirvan-Salyan Regional Təhsil İdarəsindən isə məktəbin bağlanacağı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi deyilib.



N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva