• 16.03.2026 » 19:11

Beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirildi

Beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan vətəndaşı İbrahimov Zaməddin Bəfadar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.


“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.


Bildirilib ki, Sumqayıt hərbi prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə İbrahimov Zaməddin Bəfadar oğlunun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.


Zaməddin İbrahimov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva