• 29.01.2026 » 12:12

İlham Haqverdiyevə yekun ittiham verildi

İlham Haqverdiyevə yekun ittiham verildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Sabirabadxəbər.az” ın məlumatına görə, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Mayor İ.Haqverdiyev həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Haqverdiyev Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihamda yazılıb ki, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva