• 15.03.2026 » 16:45

Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə © sabirabadxeber.az
Şrift ölçüsü:

Yaxın vaxtlarda baş verə biləcək "El-Ninyo" iqlim fenomeni son on ilin ən güclüsü ola bilər.


"Sabirabadxəbər" xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında bildirib.


Onun sözlərinə görə, "El-Ninyo" Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun anormal şəkildə artması ilə əlaqədardır. Bu proses qlobal temperaturun yüksəlməsinə, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəli hava şəraitinin yaranmasına səbəb ola bilər.


ABŞ-nin Okean və Atmosfer Tədqiqatları üzrə Milli İdarəsinin (NOAA) proqnozuna görə, fenomen iyun-avqust aylarında yenidən başlayacaq və ən azı 2026-cı ilin sonuna qədər davam edəcək.


Meteoroloqlar bildirirlər ki, fenomenin ən güclü təsiri qarşıdakı qış mövsümündə hiss olunacaq. Nəticədə 2026 və 2027-ci illər meteoroloji müşahidələr tarixində ən isti illərdən biri ola bilər. Sakit okeanda suyun temperaturunun normadan 1,5-2 dərəcə yüksək olacağı gözlənilir.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva