• 13.03.2026 » 17:09

Xocavənddə əmək yarmarkası keçirildi

Xocavənddə əmək yarmarkası keçirildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçirilib.

“Sabirabadxəbər” xəbər verir ki, Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilmiş yarmarkada qaz paylayıcı stansiyanın operatoru vəzifəsi üzrə vakansiyalar təqdim olunub.

Aktiv məşğulluq tədbirində vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Bundan başqa, yarmarkaya qatılan şəxslər Agentliyin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva