• 13.03.2026 » 15:16

“Könüllü Baharı 2” düşərgəsi Şəkidə uğurla başa çatdı

“Könüllü Baharı 2” düşərgəsi Şəkidə uğurla başa çatdı © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən “Könüllü Baharı 2” Azərbaycan könüllülərinin yaz düşərgəsi keçirilib. Martın 7-dən 11-dək Şəki Olimpiya İdman Kompleksində düşərgə çərçivəsində gənclərin fiziki və intellektual inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirilib.


Proqram çərçivəsində iştirakçılar üçün komanda quruculuğu oyunları, voleybol çempionatı, “Bahar missiyası” adlı kvest və özünümüdafiə üzrə praktiki təlimlər təşkil olunub. Bununla yanaşı, peşəkar ekspertlər tərəfindən bədən dili, layihələrin idarə olunması və kommunikasiya mövzularında sessiyalar keçirilib.


Tədbir Novruz adət-ənənələrini özündə əks etdirən səməni bəzəmə ustad dərsləri, “Novruz xonçası” müsabiqəsi və tonqal mərasimi ilə davam edib. Sonda yarış və müsabiqələrin qalibləri mükafatlandırılıb.






N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva