"Sabirabadxəbər" xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi ehtimal olunan və ya baş vermiş fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, ilkin qəza-xilasetmə işlərinin aparılmasını təmin etmək məqsədilə görüş keçirilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında keçirilən görüşdə İdarənin müdir müavini Cavad Cavadov, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəis müavini Pərvin Məmmədov, MARTİ-nin və Mülki müdafiə idarəsinin əməkdaşları iştirak ediblər.
Görüşdə baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsində rolu və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsinə dair fikirlər səsləndirilib. Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları da diqqət mərkəzində olub.
N.Quliyeva











