• 11.03.2026 » 21:16

Azərbaycanda yeni komissiya təsis edildi

Azərbaycanda yeni komissiya təsis edildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.


"Sabirabadxəbər" xəbər verir ki, komissiyanın sədri MOK-un baş katibi Azər Əliyev təyin olunub.


Komissiyanın tərkibində Təhminə Tağızadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Elgün Səfərov – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri və Fəridə Əzizova – Atletlər Komissiyasının sədri yer alıblar.


Bildirilib ki, komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva