• 11.03.2026 » 15:42

Pensiyalar tam ödənildi

Pensiyalar tam ödənildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə  ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları da qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödəniləcək

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva