• 11.03.2026 » 12:19

“8 Noyabr”dakı dəmir yolu sökülür - 10 kilometrlik mikrotunel tikilir-Video

“8 Noyabr”dakı dəmir yolu sökülür - 10 kilometrlik mikrotunel tikilir-Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Paytaxtın Xətai rayonu 8 Noyabr prospektinin kənarı ilə uzanan dəmiryolu xətti sökülür.

“Sabirabadxəbər” Xəzər TV-yə istinadən xəbər verir ki, sənaye təyinatlı xəttin ətrafı hasarlanıb və söküntü işlərinə başlanılıb.

Bildirilib ki, bir zamanlar Bakıdakı neft sənayesinə xidmət göstərən bu xətlər son illərdə istifadəsiz qalıb.

Ərazidəki tikinti işləri ilə əlaqədar dəmiryolu xəttinin sökülməsinə zərurət yaranıb.

Xəbəri rus dilində oxuyun: На проспекте 8 Ноября сносят неиспользуемые ж/д пути - ВИДЕО

ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, ərazidəki söküntü işləri sahil kollektorunun tikintisi ilə əlaqədardır:

“Layihə “Dəniz Mall”un yaxınlığından başlayaraq Nargilə adlanan ərazidəki mövcud nasosxanaya qədər uzanır və və mikrotunel üsulu ilə inşa edilir. Uzunluğu 9.8 kilometr, diametri 2 metr olan dəmir-beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. Layihənin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır”.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva