• 10.03.2026 » 23:15

Azərbaycanda avtomobil sifarişi tələsi

Azərbaycanda avtomobil sifarişi tələsi © sabirabadxeber.az
Şrift ölçüsü:

"Məndən başqa 86 nəfər də aldadılıb". "19 min manata yaxın pul ödədim, ortada nə maşın var nə pul".


"Sabirabadxəbər" Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərzində onlarla belə şikayət işıqlandırılıb.

Fərqli şirkətlər və fərqli şəxslər olsa da, eyni vədlərlə aldadılan insanların sayı xeyli artıb. Nəzərə alsaq ki, xaricdən avtomobil sifariş etmək əksər hallarda daxili bazardan daha ucuz başa gəlir, bu səbəbdən belə xidmətlərə tələbat da yüksəkdir.


Bəs vətəndaşlar aldadılmamaq üçün nə etməlidirlər?


Mütəxəssislərin sözlərinə görə, belə halların qarşısını almaq üçün ilk növbədə alış-verişin rəsmi qaydada həyata keçirilməsi vacibdir.


Onlar bildirirlər ki, müqavilə bağlanmadan pul verilməməli, şirkətin rəsmi qeydiyyatı yoxlanılmalı, ödənişlər bank köçürməsi ilə həyata keçirilməli və müvafiq qəbz tələb olunmalıdır. Bundan əlavə, avtomobil sifarişi zamanı ödənişin 100 faiz əvvəlcədən edilməməsi də tövsiyə olunur.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva