• 10.03.2026 » 20:24

Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir?

Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Millət vəkili Vüqar Bayramov bildirib ki, bir çox ölkələrdə, xüsusən də Qazaxıstanda pensiya yaşına iki il qalmış şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağandır. Azərbaycanda da bu cür təcrübənin tətbiqinin tərəfdarıdır, çünki pensiya yaşı yaxınlaşan şəxslərin iş tapması çətinləşir.


Hüquq müdafiəçisi Sahib Məmmədov isə bu təklifin həyata keçməsinin çətin olduğunu düşünür. Onun fikrincə, Rusiyada da pensiya yaşı yaxınlaşanların əmək müqaviləsinin ləğv olunmasını qadağan edən qanun qəbul edilib, amma bu mexanizm uğursuz olub:


"Bunun bir neçə səbəbi var, məsələn, müəssisənin ləğv edilməsi və ya işçinin əmək intizamını pozması, alkoqollu içkilər altında işə gəlməsi və ya davaya səbəb olması hallarında nə ediləcək? Yaxşı işçi niyə işdən çıxarılmalıdır?!".


Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verməsi qadağandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva