Şrift ölçüsü:
Çap et
Sabirabad şəhəri Nəriman Nərimanov adına 2 nömrəli beynəlmiləl, təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri Milli Teatr Günü münasibətilə maraqlı səhnə təqdim ediblər.
"Sabirabadxəbər" xəbər verir ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elvira Allahverdiyevanın rəhbərliyi ilə şagirdlər görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin məşhur “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyasından bir parçanı səhnələşdiriblər.
Səhnəcik şagirdlərin teatr sənətinə marağını artırmaq, milli ədəbiyyatın tanınmış əsərlərini gənc nəslə daha yaxından tanıtmaq məqsədi daşıyıb. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
İntiqam Abdullayev
Kopyalandı



