Şrift ölçüsü:
Çap et
10 Mart - Milli Teatr Günüdür.
"Sabirabadxəbər" xəbər verir ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında "Milli Teatr Günü"nün təsis edilməsi haqqında 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə "Milli Teatr Günü" kimi qeyd edilir.
N.Quliyeva
Kopyalandı



