• 09.03.2026 » 20:50

Bazarda almaları ağız suyu ilə təmizləyib satırmış

Bazarda almaları ağız suyu ilə təmizləyib satırmış © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyan bazarında lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

"Sabirabadxəbər" xəbər verir ki, kadrlarda satıcı qadının almanı ağız suyu ilə təmizlədiyi əks olunur.

 

Görüntülərdə yer alan satıcı Xatirə Həşimova məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sözügedən almalar satış üçün deyil, şəxsi istifadəsi üçün alınıb.

 

“Göyərti satıram. Nəvələrim üçün iki kiloqram alma almışdım. Sildim və evimə aparmaq üçün yığdım. Satış üçün deyildi, öz evim üçün almışdım”, – deyə o qeyd edib.

 

Digər satıcılar da həmkarlarını müdafiə ediblər.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva