• 08.03.2026 » 12:25

İranın xəritəsi dəyişə bilər - Tramp

İranın xəritəsi dəyişə bilər - Tramp © sabirabadxeber.az
Şrift ölçüsü:

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın artıq buna ehtiyacı olmadığını bildirib.


"Sabirabadxəbər" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə bildirib.


"Biz danışıqlar aparmaq istəmirik. Onlar danışıqlar aparmaq istəyərlər. Amma biz istəmirik", - deyə o bildirib.


O, həmçinin İranın cənubundakı qızlar məktəbinə edilən hücuma görə Tehranın məsuliyyət daşıdığını bildirib: "Gördüklərimə əsasən, inanıram ki, bunu İran edib".


Eyni zamanda ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana quru qüvvələri göndərmək planının olmadığını, lakin bunun gələcəkdə baş verə biləcəyini bildirib.


Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: "Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox."

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva