• 06.03.2026 » 19:48

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə tədbir keçirilib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə tədbir keçirilib


"SABİRABADXƏBƏR" xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən şəhid anaları və xanımları üçün tədbir təşkil edilib. Tədbirdə RİH-nin başçısı və yerli hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. RİH-nin başçısı çıxışında şəhid anaları və xanımlarını 8 Mart münasibətilə təbrik edərək, onların göstərdikləri yüksək mənəvi mövqeyi və vətənpərvərlik nümunəsini xüsusi vurğulayıb. Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə və Birinci vitse-prezidentə minnətdarlıqlarını ifadə edərək, bu cür görüşlərin mənəvi əhəmiyyətini qeyd ediblər.

Tədbir çay süfrəsi arxasında davam etdirilib, rəngarəng musiqi nömrələri ilə müşayiət olunub. Sonda xanımlara gül çələngləri, hədiyyələr təqdim edilərək xatirə şəkli çəkdirilib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva