• 06.03.2026 » 10:28

Bahar Muradova Neftçalada vətəndaşları qəbul edib

Bahar Muradova Neftçalada vətəndaşları qəbul edib © sabirabadxeber.az
Şrift ölçüsü:

📌Bahar Muradova Neftçalada vətəndaşları qəbul edib


"SABİRABADXƏBƏR" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 5 mart 2026-cı il tarixində #Neftçala rayonunda vətəndaşları qəbul edib.

Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.


#Qəbul zamanı Neftçala və #Salyan rayon sakinlərinin müraciətləri dinlənilib.

Müraciətlər arasında rayon ərazisində qadınların məşğulluğunun artırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün günərzi mərkəzlərinin yaradılması, işlə təmin olunma, hüquqi yardım və digər mövzular yer alıb.


Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq, nəzarətə götürülüb.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva