• 06.03.2026 » 11:00

Nazir Qazaxda Heydər Əliyev parkında...

Nazir Qazaxda Heydər Əliyev parkında... © sabirabadxeber.az
Şrift ölçüsü:

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman Paytaxtı” Qazax şəhərində, Heydər Əliyev Parkı ərazisində müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və sərgi təşkil olunub.


"SABİRABADXƏBƏR" xəbər verir ki, Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, 2025-ci ilin “İdman Paytaxtı” olmuş Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idman qurumlarının nümayəndələri, rayon ictimaiyyəti, idmançılar iştirak ediblər.


Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Həmçinin “Qarabağ Azərbaycandır” abidəsi ziyarət olunub. 


Tədbir zamanı cüdo, güləş, ağırlıqqaldırma, şahmat, qol güləşi və digər idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edən kitablar sərgidə nümayiş etdirilib.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva