• 05.03.2026 » 16:01

Leyla Əliyeva və Arzu Əliyeva Pediatriya Mərkəzində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Pediatriya Mərkəzində - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Leyla Əliyeva və Arzu Əliyeva martın 4-də “Referans Medical Group”un tərkibində fəaliyyət göstərən “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar.

"SABİRABADXƏBƏR" xəbər verir ki, ziyarət zamanı qonaqlar Mərkəzin gündüz stasionarında müalicə alan uşaqlara baş çəkib, onların səhhəti və müalicə prosesi ilə maraqlanıblar.

Uşaqlarla səmimi söhbət edən Leyla Əliyeva və Arzu Əliyeva körpələrə müxtəlif hədiyyələr təqdim edib, onlara xoş anlar yaşadıblar.

Qeyd edək ki, Pediatriya Mərkəzində uşaqların sağlamlığının qorunması və müalicəsi istiqamətində müasir tibbi xidmətlər göstərilir, balaca pasiyentlərin rahat və təhlükəsiz mühitdə müalicə alması üçün bütün zəruri şərait yaradılıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva