🏃♂️ Qazaxda atletika üzrə layihə keçirilib
"SABİRABADXƏBƏR" xəbər verir ki, 02 mart 2026-cı il tarixdə Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə “İstedadlı uşaqların müəyyən edilməsi” layihəsi həyata keçirilib.
Layihənin əsas məqsədi istedadlı uşaqların atletika idman növünə cəlb olunması, onların fiziki göstəricilərinin qiymətləndirilməsi və gələcəkdə peşəkar idmançı kimi formalaşdırılmasıdır.
Layihədə ümumilikdə 180 nəfər uşaq iştirak edib. İştirakçılar müxtəlif fiziki normativlər üzrə yoxlanılıb və perspektivli idmançılar müəyyənləşdirilib.
Keçirilən normativ sınaqlarda fərqlənən iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunub. Layihədə iştirak edən bütün uşaqlara isə sertifikatlar təqdim edilib.














