• 03.03.2026 » 10:00

Bu kartofları yeməyin - Zəhərlənmə riski var

Bu kartofları yeməyin - Zəhərlənmə riski var © sabirabadxeber.az
Şrift ölçüsü:

Yaz aylarına yaxın evdə saxlanılan kartoflarda cücərmə və qabığın yaşıllaşması halları artır.

"SABİRABADXƏBƏR" milli.az-a istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, belə kartofları sadəcə təmizləyib istifadə etmək sağlamlıq üçün təhlükəli ola bilər.
Qida təhlükəsizliyi üzrə ekspertlərin sözlərinə görə, əsas risk kartofun tərkibində olan qlikoalkaloidlər - solanin və çakonin maddələridir. Bu toksinlərin miqdarı işıq, istilik və uzun müddət saxlanma nəticəsində artır. Xüsusilə yaşıl ləkələrdə və cücərtilərdə onların səviyyəsi yüksək olur.
Adi bişirmə üsulları bu maddələri tam məhv etmir. Solanin zəhərlənməsi zamanı qarın ağrısı, ürəkbulanma, qusma və başgicəllənmə kimi əlamətlər yarana bilər.
Mütəxəssislər bildirirlər ki, yumşalmış, güclü yaşıllaşmış və çox cücərmiş kartofdan istifadə etmək olmaz. Kartof qaranlıq, sərin və yaxşı havalandırılan yerdə saxlanılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva