"SABİRABADXƏBƏR" xəbər verir ki , Sabirabad rayonunda məişət tullantılarının vaxtında və səmərəli daşınmasının təmin edilməsi məqsədilə xüsusi təyinatlı yeni avtomobilin verilməsi nəzərdə tutulur.
Sabirabad rayon icra hakimiyətinin tapşırığı və göstərişi ilə, şəhər ərazisində sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılacaqdır.
Bununla yanaşı, Sabirabadda yeni zibil qutuları gətirilib və mərhələli şəkildə şəhərin bina, küçə və prospektlərinə quraşdırılacaq. Yeni konteynerlərin yerləşdirilməsi ilə məişət tullantılarının səliqəli toplanması təmin olunacaq, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına kömək ediləcək.
Məlumata görə, tullantıların müntəzəm yığılması və daşınmasının təşkil edilməsi üçün müvafiq Mənzil İstismar idarəsi və Sanitar Təmizlik Sahəsi ilə müqavilə bağlanması zəruridir. Müqavilə əsasında zibil qutularının vaxtında boşaldılması, ərazilərin təmiz saxlanılması və texnikanın daimi fəaliyyəti təmin olunacaq.
Yeni tullantı daşıyan avtomobilin istismara verilməsi ilə yığım qrafiki optimallaşdırılacaq, xüsusilə məhəllə və yaşayış massivində yığılan tullantıların vaxtında daşınması mümkün olacaq. Bu da şəhərin ümumi təmizliyinə və sakinlərin rahatlığına müsbət təsir göstərəcək.
Lahiyəyə Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən dəstək verilib









