• 01.03.2026 » 17:37

Hərbi vəzifəlilər üçün VACİB XƏBƏR

Hərbi vəzifəlilər üçün VACİB XƏBƏR © sabirabadxeber.az
Şrift ölçüsü:

Hərbi qeydiyyatın təşkili qaydaları açıqlanıb.


"SABİRABADXƏBƏR" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.


"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.


Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdikdə əvvəlki qeydiyyatdan çıxmalı və yeni yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Yaşayış yerini dəyişərkən isə 10 gün ərzində elektron kabinet vasitəsilə və ya digər mümkün üsullarla müvafiq orqana məlumat verməlidirlər./Yenisabah.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva