• 01.03.2026 » 13:02

Hazırda Azərbaycan səması belə görünür

Hazırda Azərbaycan səması belə görünür © sabirabadxeber.az
Şrift ölçüsü:

İran ətrafında gərginliyin artması, ABŞ və İsrailin mümkün zərbələri barədə söhbətlər fonunda bir çox ölkələr öz hava məkanını bağlamağa başlayıb.


"SABİRABADXƏBƏR" xəbər verir ki, nəticədə aviaşirkətlər bir neçə saat ərzində marşrutları yenidən qurmaq və reysləri təhlükəsiz istiqamətə yönəltmək məcburiyyətində qalıblar.


Məhz bu məqamda Azərbaycan ön plana çıxıb.


Regionda gərginlik artdığı və məhdudiyyətlər tətbiq edildiyi bir vaxtda, Azərbaycanın hava məkanı beynəlxalq aviasiya üçün əsas işlək dəhlizə çevrilib. Əvvəllər digər marşrutlarla hərəkət edən təyyarələr indi kütləvi şəkildə Azərbaycan üzərindən uçurlar.


“Flightradar24”ün məlumatına görə, hazırda məhz bu istiqamət əsas alternativ yol kimi istifadə olunur. Faktiki olaraq, bu sektordakı beynəlxalq reyslərin böyük hissəsi bizim səmada cəmləşib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva