• 28.02.2026 » 18:03

Putin azərbaycanlı deputatı təltif etdi - FOTO

Putin azərbaycanlı deputatı təltif etdi - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Rusiyada yaşayan həmyerlimiz təltif edilib.


"Sabirabadxəbər" in məlumatına görə, Leninqrad vilayətinin Qanunvericilik Məclisinin sədr müavini, deputat Səyyad Əliyev Rusiya Prezidentinin fərmanı ilə "Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif olunub. 


Qeyd edək ki, Səyyad Əliyev 1967-ci ildə Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Ali təhsilini Leninqradda (sonra Sankt-Peterburq) alıb. Əmək fəaliyyətini 80-ci illərdə başlayan S.Əliyev, bir çox müəsissə və zavodlarda çalışıb. O, taxta məmulatlarının montajçısından rəhbər vəzifələrə qədər yüksəlib. 


Eyni zamanda, S.Əliyev aktiv ictimai fəaliyyətlə məşğul olub. 2005-ci ildə S.Əliyev Leninqrad vilayətinin Vsevolojsk rayonunun "Dubrovskoe şəhər qəsəbəsi”nin bələdiyyə qurumunun Deputatlar Şurasının sədri və həmin bələdiyyə qurumunun başçısı seçilib. 2009-cu ildə isə "Dubrovskoe şəhər qəsəbəsi”nin birinci və ikinci çağırış başçısı vəzifəsinə seçilib. Geniş təcrübə və peşəkarlığa malik olan S.Əliyev, 2011-ci ildə Leninqrad vilayətinin Qanunvericilik Məclisinin V çağırış deputatı, 2016-cı ildə isə VI çağırış deputatı, 2021-ci ildə isə VII çağırış deputatı seçilib. Leninqrad vilayətinin Qanunvericilik Məclisinin bir çox komitələrinin fəal üzvü olaraq, S.Əliyev fəal qanunvericilik fəaliyyətində iştirak etməkdədir. 


Dövlət və cəmiyyət qarşısında xüsusi xidmətlərinə görə S.Əliyev bir çox mükafatlarla təltif olunub.


Dövlət və cəmiyyət qarşısında xüsusi xidmətlərinə görə S.Əliyev bir çox mükafatlarla təltif olunub


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva