• 28.02.2026 » 16:41

Zəka Mirzəyev filialların sayını artırdı - Yeni direktor təyin etdi

Zəka Mirzəyev filialların sayını artırdı - Yeni direktor təyin etdi © sabirabadxeber.az
Şrift ölçüsü:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı yaradılıb. 
"Sabirabadxəbər.az" xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevin əmri ilə filialın direktoru vəzifəsinə Həsənov Namiq Eldar oğlu təyin edilib. 
Qeyd edək ki, bundan əvvəl sözügedən qurumun adı Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı olub.
 
Bundan əvvəl DSMF-də filalların sayı 7-dən 8-ə yüksəlib. Belə ki, İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı yaradılıb və Mirzəyev Əlipaşa Rauf oğlu direktor təyin olunub. 
Xatırladaq ki, Əlipaşa Mirzəyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondu Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri olub. 
Onu da qeyd edək ki, Azərbaycanda əksər dövlət qurumlarında ixtisarların aparıldığı bir dönəmdə DSMF-də yeni filalların yaradılması başa düşülən deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva