• 28.02.2026 » 13:34

İsraillə ABŞ aylar əvvəl hücum planı hazırlayıb...

İsraillə ABŞ aylar əvvəl hücum planı hazırlayıb... © sabirabadxeber.az
Şrift ölçüsü:

İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlar üçün aylar əvvəl hazırlıqlar görüb.

"Sabirabadxəbər.az"  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) bəyanatında bildirilib.

“Hücumdan əvvəlki aylarda ÇAXAL və ABŞ ordusu arasında yaxın və müştərək planlaşdırma həyata keçirilib. ÇAXAL bu əməliyyat üçün bütün qüvvələri ilə dəqiq və uzunmüddətli hazırlıq prosesi həyata keçirib. Bura həm müdafiə, həm də hücum qabiliyyəti daxildir. Baş Qərargah rəisi və ordu komandirləri hazırda vəziyyəti qiymətləndirirlər. İsrail Hərbi Hava Qüvvələri dəqiq kəşfiyyat məlumatına əsaslanaraq, İranda hədəfləri vurmağa davam edir. Əməliyyatlar lazım olduğu qədər davam edəcək”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu gün səhərdən İsrail və ABŞ orduları İrana zərbələr endirməyə başlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva