• 28.02.2026 » 12:00

Hacıqabulda - şəhər turniri keçirilib

Hacıqabulda - şəhər turniri keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər.az" xəbər verir ki, Hacıqabulda 14-15 yaşlı oğlanlar arasında Atletika idman növü üzrə şəhər turniri keçirilib. 


Hacıqabul şəhər 8 nömrəli tam orta məktəbin qaçış meydançasında təşkil edilən yarışda ümumilikdə 40 nəfər yaxın məktəbli 100 metr məsafəyə qaçışmaqla mübarizə aparıb. 


Gərgin və mübarizə şəraitində keçən yarışda göstərilən nəticəyə uyğun aşağıdakı yerlər qeydə olınmışdır.


(🥇) 1-ci yeri Ədilov -Qarasu kənd məktəbi;

(🥈) 2-ci yeri Babalarov Hüseyn- 8 nömrəli məktəb;

(🥉) 3-cü yer Yüzbaşıyev Əli - 10 nömrəli məktəb;


Qalib komandaların üzvləri Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin medal və diplomu ilə mükafatlandırıldı.

Qeyd edək ki, yarış Hacıqabul Rayonu Üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə həyata keçirilib.

#Gənclərİdman #AZESport #birki̇mi̇bi̇rli̇kdə


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva