• 27.02.2026 » 12:12

Bəzi smartfonların qiymətində ciddi artım gözlənilir

Bəzi smartfonların qiymətində ciddi artım gözlənilir © sabirabadxeber.az
Şrift ölçüsü:

Çin smartfon istehsalçıları yaddaş çiplərinin qiymətinin artması səbəbindən bu cihazların qiymətlərini artırmağı planlaşdırırlar.

Bu barədə "Sabirabadxəbər.az" dünya mediasına istinadən xəbər verir.

Qeyd edilib ki, bu, son beş ildə sənayedəki ən böyük qiymət düzəlişidir.

Məlumata görə, smartfon yaddaş çiplərinin qiyməti bu günə qədər illik müqayisədə 80 faizdən çox artıb və yavaşlama əlamətləri müşahidə edilməyib.

Nəticə etibarilə, "Oppo", "OnePlus", "Vivo", "Xiaomi" və "Honor" kimi brendlər mart ayının əvvəlində məhsullarının qiymətlərini artırmağı planlaşdırırlar. Belə ki, smartfonların qiyməti 10-30 faiz, noutbukların qiyməti isə 20 faiz artacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva