• 26.02.2026 » 16:44

Xalq Xocalı soyqırıçı abidəsini ziyarət edir

Xalq Xocalı soyqırıçı abidəsini ziyarət edir © sabirabadxeber.az
Şrift ölçüsü:

34 il əvvəl Fevralın 25-dən 26-na keçən gecə baş verən faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılan Xocalı soyqırımı abidəsinin ətrafında səhər saatlarından başlayaraq insan axını ara vermir.

"Sabirabadxəbər.az" xəbər verir ki, Abidə övladını itirmiş ananın səssiz fəryadının ağrısını simvolizə edir. Əllərində şəhidlik rəmzinə çevrilmiş qırmızı qərənfil tutan idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin nümayəndələri, Xocalı sakinləri, Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər və məktəblilər soyqırımı qurbanlarının xatirəsini yad etməyə gəlirlər. Onlarla yanaşı ziyarətçilər arasında ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dini konfessiyaların təmsilçiləri, xarici ölkələrin vətəndaşları da var.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva