• 26.02.2026 » 16:30

Nəriman Axundzadə ABŞ-a gedə bilmir

Nəriman Axundzadə ABŞ-a  gedə bilmir © sabirabadxeber.az
Şrift ölçüsü:

Nəriman Axundzadənin ABŞ-yə yollanması vizadan çox, iş icazəsindən asılıdır.

"Sabirabadxəbər.az"  xəbər verir ki, bu barədə Report-a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov deyib.

O, Azərbaycan millisinin hücumçusunun sənədlərinin qaydaya düşməsini gözlədiklərini bildirib:

"Doğrusu, hazırda vizadan çox, Nərimanın iş icazəsinin həllini gözləyirik. Bu işlə də onun çıxış edəcəyi "Kolambus Kryu" komandası məşğul olur. Yaxın günlərdə bu məsələ həllini tapmalıdır".

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva