• 26.02.2026 » 12:43

DSMF: 1000 manat ödəniş olunacaq?

DSMF: 1000 manat ödəniş olunacaq? © sabirabadxeber.az
Şrift ölçüsü:

Sosial şəbəkədə guya “1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə paylaşılan videoməlumat yalandır.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili paylaşım edib.

"Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər.

Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın", - o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva