Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər.az" xəbər verirki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib. Nəticədə 613 nəfər amansızcasına qətlə yetirilib. Onların arasında qadınlar, uşaqlar və yaşlılar da olub. 1 275 dinc sakin əsir götürülüb.
1994-cü ildə Milli Məclis 26 fevral tarixini Xocalı soyqırımı günü kimi elan edib.
Bu gün Xocalı azaddır. Şəhər işğaldan azad edildikdən sonra dərhal bərpa və yenidənqurma işlərinə başlanılıb. Hazırda sakinlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam edir.
Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında sağalmaz yara, eyni zamanda ədalət və qayıdış rəmzidir.
Kopyalandı



