• 24.02.2026 » 12:14

Sahil Babayev yeni qərar imzaladı

Sahil Babayev yeni qərar imzaladı © sabirabadxeber.az
Şrift ölçüsü:

Maliyyə Nazirliyinin Kollegiyası dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərin quruma təqdim edəcəyi məlumat və hesabat formalarını təsdiqləyib.

“Sabirabadxəbər.az"  xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.

Qərara əsasən, bu təşkilatlar pul vəsaitlərinin hərəkəti (gəlir və xərc smetası), mənfəət-zərər, maliyyə vəziyyəti, ticarət debitor borcları və ticarət kreditor borcları barədə proqnoz məlumatları, kapitalda dəyişikliklər haqqında hesabat təqdim edəcəklər.

Maliyyə Nazirliyinin Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva