• 24.02.2026 » 09:56

Partlayış – Polis əməkdaşı həlak olub, ikisi yaralanıb – VİDEO

Partlayış – Polis əməkdaşı həlak olub, ikisi yaralanıb – VİDEO © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gecə saatlarında (yerli vaxtla təxminən 00:05) paytaxtın mərkəzində Savyolovski dəmiryolu stansiyası meydanı yaxınlığında partlayış baş verib.

"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə ilə bağlı Rusiya mətbuatı və rəsmi qurumlar xəbər yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, naməlum bir şəxs patrulda olan yol polisi avtomobilinə yaxınlaşaraq partlayıcı cihazı işə salıb. Nəticədə bir yol polisi əməkdaşı 34 yaşlı polis leytenantı Denis Bratuçenko hadisə yerində aldığı xəsarətlərdən hadisə yerində həlak olub, iki digər polis yaralanaraq xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs hadisə yerində ölüb.

Partlayış Savyolovski stansiyasının yaxınlığında — Moskvanın vacib nəqliyyat qovşaqlarından birində baş verib. Hadisənin səbəbi, hücumçunun kimliyi və motivi hələ rəsmi olaraq açıqlanmayıb.

Rusiya İstintaq Komitəsi partlayışla bağlı cinayət işi açıb və hadisəni polis əməkdaşlarının həyatına sui-qəsd və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə araşdırır. Mütəxəssislər təhlükəsizlik kameralarının görüntülərini analiz edir və səhnədə ekspertizalar aparılır.

Rusiyalı mediası və sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışın təsiri ilə avtomobilin ciddi ziyan gördüyü və ərazidə təhlükəsizlik qüvvələrinin səfərbər edildiyi görünür. Bu məkan şəhərin mərkəzi hissəsində yerləşdiyi üçün ətrafda müvəqqəti təhlükəsizlik tədbirləri tətbiq olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva