• 23.02.2026 » 16:16

MÜSİAD Azərbaycana yeni Baş katib təyin olunub

MÜSİAD Azərbaycana yeni Baş katib təyin olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

MÜSİAD Azərbaycan İctimai Birliyinə yeni Baş katib təyin olunub.

"Sabirabadxəbər.az"  Yurd.Media  istinadən xəbər verir ki, bu vəzifəyə filologiya üzrə fəlsəfə doktoru Dr. Elşən Əbülhəsənli təyin olunub.

O, 1987-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsini bitirmişdir. Ali təhsilini davam etdirərək İstanbul Universitetində təhsil alıb.

Dr.Elşən Əbülhəsənli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda Şərq filologiyası ixtisası üzrə elmi işçi vəzifəsində çalışmış, AMEA-nın aspiranturasını bitirib.

Elmi fəaliyyəti dövründə Azərbaycan və Türkiyədə nəşr olunan qəzet və jurnallarda elmi məqalələrlə çıxış edib, bir neçə kitabın müəllifidir.

1995–2025-ci illərdə Türkiyənin Azərbaycandakı Səfirliyində ticarət baş müşavirinin müavini vəzifəsində çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva