Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər.az" xəbər verir ki, Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakının 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə ölkə kuboku keçirilib.
Balaxanı İdman Mərkəzində baş tutan yarışda ölkənin müxtəlif bölgələrindən klublar iştirak edib.
Yekun nəticələrə əsasən, "Wolf" Kapoeyra Akademiyası ən çox medal qazanan klub olaraq ölkə kubokunun qalibi olub. “Nirvana Kapoeyra” və "Pernada Kapoeyra" klubları isə müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülüblər.
Kopyalandı






