• 22.02.2026 » 16:02

İranda son etiraz aksiyalarında ölən müəllim və tələbələrin sayı açıqlanıb

İranda son etiraz aksiyalarında ölən müəllim və tələbələrin sayı açıqlanıb © sabirabadxeber.az
Şrift ölçüsü:

İranda baş verən son aksiyalar zamanı 5 müəllim və 22 tələbə həyatını itirib.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə İranın Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Sadeqi "inn.ir" saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, söhbət yanvar ayında ölkə ərazisində baş vermiş iğtişaşlardan gedir.

İran Milli Müqavimət Şurası (NCRI) isə ölkədə tələbələrin yeni kütləvi etiraz dalğasının başladığını açıqlayıb. Bildirilib ki, aksiyalar yanvar hadisələrinin qurbanlarının qırxıncı günü ilə əlaqədar təşkil olunub.

Etirazlar Məşhəd, İsfahan və Şiraz şəhərləri də daxil olmaqla bir sıra bölgələrdə keçirilib və aksiyalar zamanı hökumət əleyhinə şüarlar səsləndirilib.

2025-ci ilin dekabr ayının sonunda İranda milli valyuta – rialın kəskin dəyər itirməsi fonunda genişmiqyaslı etirazlar başlamışdı. Hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edib.

İran Xarici İşlər Nazirliyi isə baş verən aksiyalarda ABŞ və İsrailin iştirakının olduğunu iddia edib

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva