• 21.02.2026 » 15:30

UEFA “Qarabağ”ı CƏZALANDIRDI - SƏBƏB

UEFA “Qarabağ”ı CƏZALANDIRDI - SƏBƏB © sabirabadxeber.az
Şrift ölçüsü:

UEFA “Qarabağ” klubunu cəzalandırıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda şüarlara  UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.

Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.

QOL.az-ın əldə etdiyi xəbərə görə isə cəzaya səbəb azarkeşlərin “UEFA - mafiya” şüarı səsləndirməsi olub.

Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub./Qol.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva