• 20.02.2026 » 08:56

5 ölkə ordu göndərir - Azərbaycan imtina etdi

5 ölkə ordu göndərir - Azərbaycan imtina etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Sülh Şurasının ilk iclasında Qəzzaya hərbi qüvvə göndərəcək beş ölkənin adı açıqlanıb: Qazaxıstan, İndoneziya, Mərəkeş, Kosova və Albaniya; iki ölkə - Misir və İordaniya isə polisə təlim keçməyə razılaşıb.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

“Sabirabadxəbər.az” xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Qəzzaya hərbi qüvvə göndərəcək ölkələr arasında Azərbaycanın adı intensiv şəkildə hallansa da, Prezident İlham Əliyev “biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik” bəyanatı ilə məsələyə nöqtə qoymuşdu:

"Bölgəyə qoşun yeridəcək, yaxud təhlükəsizliyin qorunmasında bu və ya digər formada iştirak edəcək ölkələr arasında Azərbaycanın adının olmaması da rəsmi Bakının mövqeyinin dəyişmədiyini göstərir.

Qəzzadakı vəziyyət – HƏMAS və İsrail arasında qarşıdurmanın davam etməsi rəsmi Bakının imtina qərarının doğru olduğunu deməyə əsas verir. Tərəflər arasında real atəşkəs əldə olunarsa, regionda toqquşma riski tam aradan qaldırılarsa, Azərbaycan bölgəyə hərbi qüvvə göndərmək haqda düşünə bilər. Bu da “sülhə məcburetmə” əməliyyatında yox, yalnız müəyyən infrastruktur obyektlərinin mühafizəsinin təşkil edilməsi çərçivəsində mümkündür".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva