• 26.01.2026 » 22:35

ABŞ olmadan Avropa özünü qoruya bilməz - NATO Baş katibi

ABŞ olmadan Avropa özünü qoruya bilməz - NATO Baş katibi © sabirabadxeber.az
Şrift ölçüsü:

NATO-nun baş katibi Mark Rutte Avropanın və ya Aİ-nin ABŞ-ın iştirakı olmadan öz təhlükəsizliyini təmin edə biləcəyi ilə bağlı təsəvvürlərin reallığa uyğun olmadığını bildirib.

"Sabirabadxəbər.az" xəbər verir ki, baş katib bunu Avropa İttifaqı deputatları qarşısında çıxışı zamanı bildirib.

Ruttenin sözlərinə görə, Avropanın müstəqil müdafiə ssenarisi nəzərə alınsa, Aİ ölkələri hərbi xərcləri təxminən ÜDM-in 10 faizinə qədər artırmalı, milyardlarla avro investisiya yatırmalı və hətta öz nüvə potensialını formalaşdırmalı olardı.

NATO baş katibi vurğulayıb ki, Avropanın ABŞ-a ehtiyacı olduğu kimi, ABŞ da NATO-ya ehtiyac duyur.

O, əlavə edib ki, Vaşinqtonun qlobal prioritetlərində mümkün dəyişikliklər olsa belə, Avropada ABŞ-ın hərbi mövcudluğu hər zaman çox güclü olaraq qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva