• 18.02.2026 » 17:31

İrəvanda silahlı insident – Azı 6 nəfər yaralanıb

İrəvanda silahlı insident – Azı 6 nəfər yaralanıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.

"Sabirabadxəbər.az" erməni jurnalist Qaqik Şamşyana istinadən xəbər verir ki, atəş səsləri şəhərin Açapnyak rayonunda eşidilib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində ən azı 6 nəfər yaralanıb, zərərçəkənlərin sayının arta biləcəyi istisna olunmur.

Ermənistan Daxili İşlər Nazirliyi insidenti təsdiqləyib. Nazirlikdən bildirilib ki, hazırda hadisə ilə bağlı operativ-axtarış tədbirləri həyata keçirilir. Atışmanın səbəbləri, iştirak edən şəxslər və yaralıların vəziyyəti barədə əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.

Erməni media resursları və yerli mənbələr hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, hüquq-mühafizə orqanlarının əraziyə cəlb olunduğunu yazır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva