• 18.02.2026 » 17:00

İcra başçısı deyillər, amma rayona rəhbərlik edirlər-SİYAHI

İcra başçısı deyillər, amma rayona rəhbərlik edirlər-SİYAHI © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycanda hazırda 5 rayon və şəhərə icra başçısı deyil, onların müavinləri rəhbərlik edir.

"Sabirabadxəbər.az" “Yeni Sabah”a istinadən  xəbər verir ki, bunlar Bakının Qaradağ rayonu, Naftalan, Naxçıvan şəhərləri, Gədəbəy və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.

Buna səbəb həmin rayon və şəhərlərdə icra başçısının olmamasıdır.

Qaradağ Rayon İcra Hakimiyyətində icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasov icra edir.

Hazırda Gədəbəyə icra başçısının müavini Natiq Nağıyev rəhbərlik edir.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini başçının müavini, sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Arzu Məmmədov yerinə yetirir.

Culfanın icra başçısı vəzifəsini müvəqqəti olaraq Sara Hüseynova icra edir.

Naxçıvan şəhərinin müvəqqəti rəhbəri isə icra başçısının birinci müavini Əhməd Vəliyevdir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva