• 18.02.2026 » 10:22

Ağdəcəbədidə pensiya və sosial müavinət dələduzluğu

Ağdəcəbədidə pensiya və sosial müavinət dələduzluğu © sabirabadxeber.az
Şrift ölçüsü:
Ağcəbədidə pensiya və sosial müqavinət düzəltmək adı ilə 5 nəfərə qarşı dələduzluq edən şəxsə hökm oxunub. 
"Sabirabadxəbər.az" xəbər verir ki, Ağcəbədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham olunan Fuad Quliyev (şərti) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
İş materiallarından məlum olur ki, Fuad Quliyev özünü geniş əlaqələri olan şəxs kimi təqdim etməklə zərərçəkənlərə pensiya, sosial müavinət, əlillik dərəcəsi düzəldəcəyi barədə vəd verib. Bunun müqabilində isə onlardan müxtəlif məbləğlərdə pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 
Hüquq-mühafizə orqanlarına şikayətdən sonra Fuad Quliyev saxlanılaraq müvafiq maddə ilə cinayət məsuliyyətinə cəlb edilib. O, məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva