• 18.02.2026 » 09:01

Sakinlərinə NƏZƏRİNƏ: işıq olmayacaq

Sakinlərinə NƏZƏRİNƏ: işıq olmayacaq © sabirabadxeber.az
Şrift ölçüsü:

Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Fevralın 18-də Masallı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/10 kV-luq "Masallı" yarımstansiyasından çıxan 10 kV-luq 1 və 3 saylı hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq, saat 12:00-dan 14:00-dək şəhərin Heydər Əliyev prospekti, Məhəmməd Füzuli, Elşad Hüseynov küçələri, həmçinin rayonun Ərkivan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva