• 17.02.2026 » 11:33

AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək

AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək © sabirabadxeber.az
Şrift ölçüsü:

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin birgə təşəbbüsü ilə Quba və İsmayıllı rayonlarında fəaliyyət göstərən fərdi sahibkarlara dəstək göstərilib.

"Sabirabadxəbər.az" xəbər verir ki, layihə çərçivəsində yerli sahibkarlara istehsal prosesini daha səmərəli etmək məqsədilə meyvəqurutma avadanlıqları təqdim olunub.

“AzInTelecom” əməkdaşları adıçəkilən regionlara səfər edərək sahibkarların istehsal prosesi ilə yaxından tanış olub, onların fəaliyyəti və ehtiyacları barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda təqdim olunan cihazın imkanları ilə real iş mühitində tanış olublar.

Quba rayonundan olan sahibkar Turan Yusifli təqdim edilən avadanlıqdan quru meyvəli şirniyyat istehsalında, İsmayıllı rayonundan olan sahibkar Asəf Əhmədov isə sirkə və doşab istehsalında istifadə edəcək. Yeni texniki vasitələr istehsal prosesinin daha rahat və sürətli həyata keçirilməsinə, eyni zamanda məhsuldarlığın artırılmasına imkan yaradacaq.

Korporativ sosial məsuliyyət layihələrinin icrasına xüsusi önəm verən  “AzInTelecom” kiçik və orta sahibkarlığın inkişafı istiqamətindəki dəstəyini davam etdirəcək


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva