• 16.02.2026 » 18:03

Dubay ötən il rekord səviyyədə turist qəbul edib

Dubay ötən il rekord səviyyədə turist qəbul edib © sabirabadxeber.az
Şrift ölçüsü:

Dubay 2025-ci ildə rekord səviyyədə - 19,59 milyon turist qəbul edib ki, bu da illik müqayisədə 5% çoxdur.

"Sabirabadxəbər.az"  xəbər verir ki, bu barədə Dubay İqtisadiyyat və Turizm Departamentinin (DET) məlumatında deyilir.

Bildirilib ki, bu, Dubayın strateji tərəfdaşlıqlar, qlobal marketinq kampaniyaları və böyük tədbirlər sayəsində rekord sayda turist gəlişi qeydə aldığı üçüncü ildir. Qeyd edilib ki, 2024-cü ildə Dubaya 18,72 milyon turist səfər edib.

Ən təəccüblü nəticə ötən ilin dekabr ayında baş verib: tarixdə ilk dəfə olaraq Dubay bir ayda 2,04 milyon beynəlxalq turisti qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 6% artım deməkdir.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva