• 16.02.2026 » 16:38

Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verilib

Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Ləğv edilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

"Sabirabadxəbər.az report-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva