• 16.02.2026 » 13:59

Məhkəmədən Vüqar Məmmədovla bağlı qərar

Məhkəmədən Vüqar Məmmədovla bağlı qərar © sabirabadxeber.az
Şrift ölçüsü:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və Hürriyyət TV-də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il 9 fevralda həbs müddəti daha 3 ay uzadılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva